Siyasət

Deputat: “Xankəndidə separatçılar tərəfindən tikilən binaların sökülməsi qədər normal nə ola bilər?” – FOTO

Sharing is caring!


Azərbaycan dövləti antiterror tədbirlərindən sonra tam olaraq suverenliyini bərpa etdi. Bunu həzm etməyən rəsmi İrəvanın vay-şivəni Xankəndidə erməni separatçılığının mirası olan binaların sökülməsilə daha da çoxaldı. Ermənistan da yaxşı bilir ki, həmin binaların heç bir tarixi qiyməti və mədəni dəyəri yoxdur, ancaq səbəbsiz yerə səs-küy salmaqla dünya ictimaiyyətinin fikrini yanıltmağa çalışır.

Həmin binalardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. Seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir. Bu, işğalı simvollaşdıran binadır.

Bina üç mərtəbə, zirzəmi, yarımzirzəmi və mezonin mərtəbədən ibarətdir, ümumi sahəsi 1 886 kvadratmetrdir. Binaya yuxarıdan baxdıqda xaç işarəsini xatırladır. Bunun özü də erməni təxribatıdır.

Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub. Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova Oxu.Az-a açıqlamasında bildirib ki, erməni işğalını simvolizə edən bu qeyri-qanuni tikintilərin sökülməsi Azərbaycanın tam haqqıdır:

“Azərbaycanın bütün ərazilərində qanunsuz tikililər sökülür. Xankəndi də istisna deyil. Ermənistan Qarabağı işğal etdikdən sonra Xankəndidə şəhərin Baş Planına uyğun olmayan lazımsız tikililər inşa olunub.

Xankəndidə erməni separatçılar tərəfindən tikilən binaların sökülməsi qədər normal və qanunauyğun nə ola bilər?!

Ermənilərin buna siyasi don geydirməyə çalışmaları, guya erməni irsinin silinməsi kimi təqdim etmək istəkləri gülüncdür”.

Millət vəkili əlavə edib ki, oradakı binaların tarixi əhəmiyyəti yoxdur:

“Sökülən binaların tikilmə tarixi bəllidir, onların erməni irsinə heç bir aidiyyəti yoxdur. Onu da qeyd edim ki, Xankəndi şəhərinin Baş Planı SSRİ dövründə Heydər Əliyev tərəfindən təsdiqlənib və Azərbaycan tərəfindən tikinti-quruculuq işləri aparılıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir