Cəmiyyət

Ötən il Maliyyə Nazirliyi 726 milyon manat artıq və əsassız ödənişlər aşkarlayıb

Sharing is caring!


2023-cü ildə Maliyyə Nazirliyi tərəfindən görülmüş işlər nəticəsində ümumilikdə 726,5 milyon manat artıq və əsassız ödənişlər aşkar olunub və onlardan 3,6 milyon manat məbləğində vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Hesabatda bildirilib ki, nazirliyin müvafiq iş planlarına əsasən, aparılmış yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsinə görə artıq ödənilməsi aşkar olunmuş 8 milyon manat vəsaitin 3,6 milyon manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, yoxlamalar zamanı büdcə təşkilatlarında maliyyə nöqsanlarına yol verməklə inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat məbləğində cərimələr tətbiq edilib və dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Nəzarət obyektlərindən 90 təşkilatda aparılmış yoxlamalarla 718,5 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunmuş və yoxlama materialları nazirlik tərəfindən müvafiq qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir