Müharibə

Ukrayna və Rusiya arasında atəşkəs razılaşması

Sharing is caring!

Ukrayna və Rusiya “Azovstal” ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər.

Bunu Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk deyib.

“Bu vaxt hərbçilərimizə qadın və uşaqları dağıntılar altından və zirzəmilərdən çıxarıb təxliyə məqsədilə təhvil vermək üçün lazımdır. Ruslar “Azovstal”ın bütün yollarını minalayırlar. Ona görə də avtobusların əraziyə çata bilməsi üçün minaları təmizləmək üçün də əlavə vaxt lazımdır”, – deyə Vereşçuk bildirib.

Nazirin sözlərinə görə, hazırda söhbət yalnız mülki şəxslərin təxliyəsindən gedir. Ukrayna tərəfi yaralı əsgərlərin siyahısını da qarşı tərəfə verib. Lakin onların çıxarılması ilə bağlı hələlik razılaşmaq mümkün olmayıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir