Dünya

Acun İlıcalı 4-cü dəfə evlənir – FOTO

Sharing is caring!


Şeyma Subaşı ilə ayrıldıqdan sonra özündən 30 yaş kiçik Ayça Çağla Altunkaya ilə sevgili olan Türkiyənin “TV-8” kanalının sahibi, aparıcı, 55 yaşlı Acun İlıcalı ilə bağlı iddialar yayılıb.

Qeyd olunur ki, cütlük evlənməyə qərar verib.

“Söylemezsem Olmaz” proqramının yeni şərhçisi Yağmur Çevik efirdə Altunkaya və Acunun təxmini toy tarixini də açıqlayıb.

“Yəqin ki, “Survivor”dan sonra evlənəcəklər”, – deyə Çevik qeyd edib.

Cütlük məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, bu, Acunun 4-cü evliliyi olacaq. İlıcalının Banu, Leyla, Yasemin və Melisa adlı qızları var.

Mənbə: yenicaggazetesi.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir