Dünya manset

Kim Çen In ortaya çıxdı — FOTO

Sharing is caring!

Şimali Koreyanın ölüm xəbəri yayılan rəhbərinin görüntüləri yayılıb. ölkə lideri Kim Çen Inın son 20 gün ərzində ilk dəfə onun iştirakı ilə keçirilən ictimai tədbir zamanı çəkilmiş fotoşəkilləri dərc edib.

Xəbəral.az xəbər verir ki, Koreya Əmək Partiyasının rəsmi mətbu orqanı “Nodon sinmun” ölkə lideri Kim Çen Inın son 20 gün ərzində ilk dəfə onun iştirakı ilə keçirilən ictimai tədbir zamanı çəkilmiş fotoşəkilləri dərc edib.

Fotolar mayın 1-də Pxenyan yaxınlığındakı Sunçxon şəhərində baş tutan gübrə zavodunun tikintisinin başa çatdırılması mərasimində çəkilib. Cənubi Koreya, Yaponiya və Qərb KİV-də ağır xəstəlikdən əziyyət çəkməsi ilə bağlı yayılan şaiyələrə baxmayaraq, Kim Çen In şən və gümrah görünür. Bir neçə fotoda tədbirin keçirilmə tarixini əks etdirən “1 may 2020-ci il” yazılı banner də yer alıb.

Qeyd edək ki, son günlər Şimali Koreya lideri Kim Çen Inın səhhəti ilə bağlı iddialar dünya mediasının gündəmini zəbt edib. Bəzi media orqanları onun öldüyünü, digər mənbələr isə əməliyyat olunaraq, villasında müalicəsini davam etdirdiyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir