Cəmiyyət

Qazilər universitetlərə güzəştlərlə qəbul olunsun – Deputatdan TƏKLİF

Sharing is caring!


Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Vətən müharibəsi qazilərinin ali təhsil müəssisələrinə qəbulu üçün müəyyən güzəştlərin olunmasını təklif edib.

“Report”un məlumatına görə, o, komitənin bugünkü iclasında bildirib ki, Vətən müharibəsində əlilliyi olan şəxslərin bir çoxu gənclərdir və onlar ali təhsil ala bilmədən səngərdə xidmət etməyə getmişdilər:

“Təhsil haqqında” Qanunda bakalavr təhsil səviyyəsi üzrə hazırlıq qruplarının yaradılması barədə maddə var. Məndə olan məlumata görə, bu günə qədər heç bir ali təhsil müəssisəsində hazırlıq qrupları fəaliyyət göstərmir. Bu qrupların təşkilinin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”.

B.Əliyev deyib ki, “Ali təhsil haqqında” Qanun layihəsi müzakirə edilərkən qazilər üçün hazırlıq qruplarında müəyyən kvotaların nəzərdə tutulması qaldırılmışdı:

“Birillik hazırlıq müddətindəki tədris onlara imkan verəcək ki, qəbul imtahanlarına hazırlaşsınlar. Bu məsələni Elm və Təhsil Nazirliyinin bir daha nəzərdən keçirməsini xahiş edirəm. Çünki məsələ aktual və gündəmdədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir