Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakı-Şamaxı-Yevlax yolunda rənglənmə işləri aparılır

Sharing is caring!


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-30-cu kilometrlik hissəsində hər iki istiqamətdə olmaqla yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirir.

Bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir