Dünya

Rusiyalı hərbçilər “Azovstal”da iki ay gün üzü görməyən dörd yaşındakı Alisanı anasından ayırdı – FOTO/VİDEO

Sharing is caring!

Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun zirzəmisində iki ay bombardman altında qalan, ac vəziyyətdə, soyuqda mühasirədə qalan dörd yaşlı Alisa təxliyə zamanı anasından ayrı salınıb.

Bu barədə Mariupol Şəhər Şurasından bildirilib.

Məlumata görə, qadın Donetskin işğal olunmuş ərazisində filtrasiya düşərgəsində qalıb.

“Bu gün – Analar Günündə, Zaporojyedəki təyinat yerinə yalnız uşaq gəlib, ananın harada olduğu hələ də məlum deyil. Biz dünya ictimaiyyətindən xahiş edirik ki, müdaxilə etsinlər və uşağı anaya qaytarsınlar”, – deyə Şuradan çağırış edilib.

Mənbə: Novosti N

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir