Cəmiyyət

2024-cü ilin idman səfirləri seçiliblər

Sharing is caring!


Gənclər və İdman Nazirliyinin növbədənkənar kollegiya iclası keçirilib.

Nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün idman səfirləri seçiliblər. Əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib. Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı beş nəfər 2024-cü il üçün idman səfiri seçilib:

Fəridə Əzizova – taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;

Aliyə Paşayeva – bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;

İlqar Qurbanov – müxtəlif illərdə İstanbulun “Fənərbağça”, Lənkəranın “Xəzər Lənkəran” futbol komandalarının, Türkiyənin gənclərdən ibarət milli komandasının və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub və hazırda futbol üzrə Azərbaycan milli komandasında çalışır;

Orxan Səfərov – 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, “Masters” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi;

Xəyyam Orucov – milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir