Dünya

Kahramanmaraşda zəlzələ olub – FOTO

Sharing is caring!


Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən  (AFAD) xəbər verilib.

Bildirilir ki, 4,4 maqnitudalı yeraltı təkanların episentri Elbistan rayonunda, zəlzələ ocağı 7 kilometr dərinlikdə olub.

Xatırladaq ki, ötən il fevralın 6-da episentri Kahramanmaraş olan şiddətli zəlzələlər nəticəsində 11 vilayət zərər çəkdi. “Əsrin fəlakəti”ndə ümumilikdə 50 mindən çox insan həlak oldu, 107 mindən çox insan isə yaralandı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir