Cəmiyyət

Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Gəndob-Yalama avtomobil yolunun 32-ci kilometrində, Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, VAZ-2107 və VAZ-21010 markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, Xaçmaz rayonu Moruqoba kənd sakini 1986-cı il təvəllüdlü Vitaliy Raufoviç Novruzov, 1981-ci il təvəllüdlü Xudat şəhər sakini, Bəhruz Allahyar oğlu Həmrayev və Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü Elminaz Rahid qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir