Cəmiyyət

Bərdədə xilasedicilər mənzildən kişi meyiti tapdılar

Sharing is caring!


Bərdə şəhərində mənzildən 66 yaşlı kişinin meyiti tapılıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Sərvan Şükürov küçəsində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Vidadi Həsən oğlu Əliyevin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir