Cəmiyyət

İsmayıllıda iki avtomobil toqquşub: Xəsarət alan var – VİDEO

Sharing is caring!


İsmayıllı yolunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. 

Hadisə ilə bağlı sorğumuza cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsi xəsarət alanın olduğunu təsdiqləyib.

İdarədən qeyd edilib ki, hadisə bu gün Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 33-cü kilometrliyində baş verib. Hadisəyə səbəb isə KIA markalı avtomobillə “Mercedes” markalı avtomobilin toqquşması olub. Qəza nəticəsində KIA da olan sərnişin, 2005-ci il təvəllüdlü Elcan Qarayev xəsarət alıb.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir