Cəmiyyət

İsrail səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verib – FOTO

Sharing is caring!


“Bu gün biz 1992-ci ildə Xocalıda qətlə yetirilən qurbanları yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı “X” hesabında paylaşımında bildirib.

Diplomat qeyd edib ki, onun ölkəsi də bu ağrını anlayır: “Uşaqlar, qadınlar və qocalar da daxil olmaqla günahsız insanların anlamsız şəkildə qətlə edilməsinə şahid olmağın dəhşətini anlayırıq. İstər 1992-ci ilin fevralında, istərsə də 2023-cü ilin oktyabrında bu cür vəhşiliklər bizi ədalətsizlik və nifrətlə mübarizəni davam etdirməyə və ümumi insanlığı qorumağa məcbur edir”, – səfir deyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir