Cəmiyyət

Məhkəmə “Azərsu”nun yanlış adamdan şikayətçi olduğunu ortaya çıxardı, bəraət verdi

Sharing is caring!


“Azərsu” ASC xüsusi ittiham qaydasında vətəndaş Zaur Orucov barəsində Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Azərsu” şikayətində göstərib ki, Z.Orucov yaşadığı ərazidə su gəlmədiyini deyərək sosial şəbəkə vasitəsilə qurum haqqında təhqiramiz ifadələr səsləndirib.

Lakin məhkəmə araşdırması zamanı ortaya çıxıb ki, “Azərsu” yanlış adam haqqında şikayət verib. Sosial şəbəkədəki hesabın sahibi Z.Orucov deyil. Buna görə də həmin şəxsə bəraət verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir