Cəmiyyət

Salyanda yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var

Sharing is caring!


Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21010 markalı avtomobil anidən idarəetməni itirib, yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir