Cəmiyyət

Zəlzələlərə davam gətirən Murtuzqala – VİDEO

Sharing is caring!

Balakən rayonunda yerləşən Murtuzqala zəlzələlərə davam gətirən unikal abidələrdən hesab olunur.

Memar Sinanın əsərləri ilə müqayisə olunan tarixi abidə kənar müdaxilələrdən qorunmaq məqsədilə diametri 120 metr, hündürlüyü isə səkkiz metr olan qala divarları ilə əhatələnib. Qalanın sahibi və onun tikildiyi dövrlə bağlı məlumatlar isə tarixi abidənin əhəmiyyətini daha aydın anlamağa imkan yaradır.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, qala strateji cəhətdən son dərəcə əhəmiyyətli mövqedə, qayanın üzərində inşa olunub.

“Qaya üzərində inşa edildiyinə görə iki əsrə yaxın bir dövr ərzində burada dəfələrlə zəlzələ baş versə də, bina heç bir zərər görməyib. Əslində, Hacı Murtuzun daha görkəmli bir tarixi şəxsiyyət olduğu ortaya çıxıb. O, təkcə hərbçi deyil, son dərəcə gözəl bir yerşünas, yer quruluşunu öyrənə bilən bir adam idi”, – deyə o əlavə edib.

Tarixi evdə doğulub-böyüyən Hacı Murtuzun kötücəsi Murtuz Malaxov da abidənin qorunması üçün aidiyyəti qurumlardan dəstək istəyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir