Cəmiyyət

Metbuat.az-ın fəaliyyətə başlamasından 7 il ötür

Sharing is caring!


Bu gün “Metbuat.az” müstəqil xəbər portalının 7 yaşı tamam olur.

2017-ci il fevralın 21-də özəl xəbər istehsalına başlayan sayt daim peşəkar kollektivlə oxucuların xidmətindədir.

Saytda xəbər lenti daim yenilənir, ölkədə, regionda və dünyada baş verən hadisələr oxuculara operativ çatdırılır.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşələr dərc olunur.

Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən “Metbuat.az” çoxsaylı oxucuların etimadını qazanıb. 

Hazırda “Metbuat.az” “Facebook”, “Twitter”, “Instagram” və “Youtube” kimi sosial media platformalarında da təmsil olunur.

Oxu.Az kollektivi həmkarlarını təbrik edir, onlara işlərində uğurlar arzu edir! 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir