Cəmiyyət

Ödənişli yolda növbəti qəza: BMW tanınmaz hala düşdü – VİDEO

Sharing is caring!


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq tanınmaz hala düşüb.

Hadisə nəticəsində xəsarət alan olub-olmaması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən avtomobil qəzaları baş vermişdi.

 

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir