İqtisadiyyat

EBRD “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə 60 milyon dollar kredit ayıracaq

Sharing is caring!

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) yeni gəmilərin alınması ilə bağlı 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit ayıracaq.

EBRD-dan verilən məlumata görə, kreditin təsdiqi bankın Direktorlar Şurası tərəfindən aprelin 26-na planlaşdırılıb.

Məlumatda bildirilir ki, bu layihə səhmdar cəmiyyətə Xəzər dənizindən kənarda – beynəlxalq sularda kommersiya donanması əməliyyatlarını genişləndirməyə, regional əlaqə və ticarət münasibətlərinin inkişaf etdirməyə dəstək verəcək.

Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərini şaxələndilməsi üçün əlavə gəmilərin alınması ilə “rəqabət” keçid keyfiyyətini yüksəltməyə, həmçinin şirkətin beynəlxal sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100% dövlətə məxsusdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir