Cəmiyyət

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri – VİDEO

Sharing is caring!


Samux rayonunun üç minə yaxın sakini olan dörd kəndi – Poylu, Kəsəmən, Salahlı və Qarabağlı illərdir həkim sarıdan əziyyət çəkir.

Sakinlər tibbi xidmət almaq üçün hər dəfə ya Samux rayonuna, ya da Gəncə şəhərinə üz tutmaları olurlar.

Kənd sakinlərinin sözlərinə görə, əvvəl Qarabağlı Kənd Tibb Məntəqəsində üç tibb bacısı olub. 65 yaşı tamam olduğuna görə, onlardan biri təqaüdə göndərilib.

Əhali tibb bacısının işdə qalması üçün imza toplasa da, onun orta təhsilli olduğu əsas gətirilərək müraciətlər nəzərə alınmayıb.

Hazırda isə məntəqədə iki tibb bacısı xidmət göstərir. Lakin onlardan da birinin üç aydan sonra 65 yaşı tamam olacaq. Bu isə o deməkdir ki, məntəqə bir tibb bacısının ümidinə qalacaq.

Sakinlər deyirlər ki, bir də kəndin mavi yanacaq və bankomat problemi var.

Daha ətraflı İTV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir