Cəmiyyət

Qətlə yetirilən Əhmədovlar ailəsinin dəfn ediləcəyi yer bilindi – VİDEO

Sharing is caring!


Qətlə yetirilən Əhmədovlar ailəsinin dəfn olunacağı yer bəlli olub.

Baku TV xəbər verir ki, qətlə yetirilən şəxslərin cənazələri Xanım Fatimeyi-Zəhra məscidinə aparılıb.

Əhmədovlar ailəsinin Hövsan qəbiristanlığında dəfn ediləcəyi bildirilib.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir