Dünya

Volkan Demirel canlı yayımda ağladı: “Lütfən, yardım edin” – VİDEO

Sharing is caring!

Türkiyənin “Hatayspor” klubunun baş məşqçisi, Türkiyə milli komandasının keçmiş qolkiperi Volkan Demirel ölkədə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar insanlardan yardım istəyib.

Volkan Demirel özünün “TikTok” hesabında canlı yayım açaraq deyib:

“Dağıntı çox böyükdür, insanlar çox çarəsizdirlər. Lütfən, yardım edin”.

Qeyd edək ki, bu gecə Türkiyə ərazisində 7,4 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Son məlumata görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir