Cəmiyyət

Abşeronda məktəbli qızlar itkin düşüblər – FOTO

Sharing is caring!


Abşeronda iki məktəbli qız itkin düşüb.

APA xəbər verir ki, yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar.

Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri olan Saray Məmmədli və Aydan Muradzadə adlı qızlar saat təqribən 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir