Cəmiyyət

Şəmkirdə yaşayış evində yanğın olub – FOTO

Sharing is caring!


Şəmkir rayonunun Qaracəmirli kəndində yanğın olub.

“Report”un məlumatına görə, yanğın rayon sakini, 1954-cü il təvəllüdlü T.Quliyevə məxsus ümumi sahəsi 182 kvadratmetr olan evə bitişik 27 kvadratmetr qarajda 10 kvadratmetr sahədə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb.

Qarajın digər sahələri, həmçinin ev yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir