Dünya

Rusiyada məktəbin damı çökdü

Sharing is caring!


Rusiyanın Orenburq vilayətinin Donskoy kənd məktəbinin idman zalının damı uçub.

Bu barədə region üzrə İstintaq İdarəsi məlumat yayıb.

“Bazar günü Krasnoqvardeysk rayonunun Donskoy kəndində yerləşən Krasnoqvardeyskaya gimnaziyasının binasının təmiri zamanı vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində idman zalında tavan plitələri uçub. Xəsarət alan olmayıb”, – məlumatda deyilir.

İlkin versiyaya görə, dam örtüyü son vaxtlar Orenburq vilayətində yağan güclü qarın ağırlığı altında çöküb.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi (“Səhlənkarlıq”) ilə cinayət işi başlanıb.

Mənbə: life.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir