İqtisadiyyat

Parlament “Formula-1”ə görə vergi güzəştlərinin müddətinin uzadılmasına dair layihəni qəbul etdi

Sharing is caring!


“Formula-1” yarışına görə vergi güzəştlərinin müddəti daha üç il uzadılır.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasında keçirilən “Formula-1” və “Formula-2” yarışlarına aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri – 2018-ci il yanvarın 1-dən 9 il müddətinə vergidən azad olacaq.

Hazırda bu müddət 2018-ci il yanvarın 1-dən 6 il müddətinə nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir