İdman

“Qarabağ”ın baş direktoru: “Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”

Sharing is caring!


“Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Emrah Çelikel MOİK-ə qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsi matçının Xankəndidə təşkil edilməsi variantına münasibət bildirərkən deyib.

Klub rəsmisi hələlik bu barədə onlara rəsmi məlumat daxil olmadığını sözlərinə əlavə edib:

“Bununla bağlı xəbərləri mən də mətbuatdan oxuyuram. Lakin matçın Xankəndidə baş tutacağı barədə rəsmi məlumat hələ ki yoxdur. Harada çıxış etməyimizdən asılı olmayaraq, hazırlıqlarımızı normal qaydada davam etdiririk”.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 19-21-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir