Siyasət

Deputat Xankəndidə ofisini açacaq? – FOTO

Sharing is caring!


“Xankəndidə deputat ofisi xankəndlilər oraya qayıdanda fəaliyyətə başlayacaq”.

Bununla bağlı Oxu.Az-ın müvafiq sorğusuna cavab olaraq, Xankəndinin deputatı Tural Gəncəliyev məlumat verib.

O qeyd edib ki, Böyük Qayıdış planı çərçivəsində Xankəndiyə də köç həyata keçiriləcək:

“Xankəndinin millət vəkili kimi deyə bilərəm ki, bütün keçmiş məcburi köçkünlər, evindən, torpağından qovulmuş azərbaycanlılar kimi biz də öz doğma şəhərimizə qayıdacağımız günü səbirsizliklə gözləyirik. Böyük Qayıdış dövlət proqramı mövcuddur və bu proqram çərçivəsində hər bir azərbaycanlı doğma torpaqlarına qayıdacaq. Biz proqramın həyata keçirilməsini diqqətlə izləməli, bununla bağlı öz planlarımızı qurmalı, addımlarımızı atmalıyıq.

İşğaldan azad olunan ərazilərimizin yenidən qurulması, bərpası infrastruktur sisteminin yaradılması prosesi sürətlə gedir. Bu, Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonasını əhatə edən bütün ərazilərə aiddir. Mən də Xankəndinin millət vəkili kimi şəhər sakinləri ilə birlikdə Böyük Qayıdış çərçivəsində evimə dönəcəyəm. Fəaliyyətimizi orada davam etdirəcəyik”.

Qeyd edək ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri separatçılardan təmizlənib və şəhərdə Azərbaycan bayrağı dalğalandırılıb. Artıq bundan sonra bir sıra tədbirlərin, o cümlədən Zəfər Günü ilə əlaqədar hərbi paradın Xankəndidə keçirilməsi baş tutub. 

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir