Dünya

İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları verib

Sharing is caring!

İsrail Ukraynaya gülləkeçirməz təcili yardım maşınları təhvil verib. Onlar xilasetmə qrupları tərəfindən istifadə olunacaq.

Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“İsrail Müdafiə Nazirliyi 3 gülləkeçirməz təcili yardım avtomobilini ukraynalı xilasedicilərə təhvil verib”, – məlumatda deyilir.

Qeyd olunur ki, avtomobilləri İsrailin “Plasan Reem” şirkəti sifariş edib. Maşınlar lazımi tibbi avadanlıqla təchiz edilib. Burada əlavə monitorlar, defibrilatorlar və oksigen sistemləri var.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir