Dünya

Blinken: “İsrail Qəzza ilə bağlı status-kvoya qayıda bilməz”

Sharing is caring!


ABŞ-nin dövlət katibi Antoni Blinken İsrail və Qəzza zolağının status-kvoya qayıda bilməyəcəyini deyib.

Onun sözlərinə görə, İsrail HƏMAS-ın hücumlarından qaça biləcəyi yeni strategiya üzərində işləməli olacaq.

“Düşünürəm ki, biz iki məsələni başa düşməliyik: Biz status-kvoya qayıda bilmərik və İsrail tərəfi də HƏMAS-ın bundan əvvəl etdiklərini təkrarlaya biləcəyi status-kvoya qayıda bilməz”, – deyə o, bəyan edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir