Cəmiyyət

Bakıda tarixi abidəyə müdaxilə edən obyekt sahibi ilə bağlı qurumdan AÇIQLAMA

Sharing is caring!


Bakıda tarixi memarlıq abidəsinə müdaxilə edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, paytaxtın Yasamal rayonu ərazisində olan memarlıq abidəsinin fasad hissəsinə müdaxilə edilib.

Yaranan görüntü insanların narazılığına səbəb olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi halların qarşısını almaq üçün tədbirlər görülür:

“Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən 3551 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin fasad hissəsinə müdaxilə faktı barədə məlumatımız var. Şəhərin bir çox yerində abidələrə uzun illər ərzində bu cür müdaxilələr olunub. Belə halların qarşısının alınması üçün mütəmadi tədbirlər görülür.

Qeyd olunan ünvanda yerləşən abidədə fəaliyyət göstərən obyekt sahibinə də müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir