Cəmiyyət

ŞƏT nümayəndəsi: “Səsvermə prosesi yüksək səviyyədə keçir”

Sharing is caring!


Şanxay Əməkdaşlıq Təşkilatından olan (ŞƏT) müşahidəçi Anna Valerevna Skroznolkova seçkidə hər şeyin şəffaf olduğunu bildirib.

Secki-2024.az saytı xəbər verir ki, o, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edərkən bildirib.

“İndiyə qədər 7 məntəqədə olmuşuq, hər şey yaxşıdır. Seçkilərdə hər şey çox şəffafdır. Heç bir problemlə qarşılaşmamışam. Seçici fəallığı müşahidə edilir. Rusiyadakı kimi proses yüksək səviyyədə keçir”, – ŞƏT nümayəndəsi bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir