Cəmiyyət

Fiziki məhdudiyyətli qızların cinsi zorakılıqdan qorunması üçün qanunvericiliyə dəyişiklik təklif olunur

Sharing is caring!


Milli Məclisin deputatı Elşad Mirbəşir Azərbaycanda fiziki məhdudiyyətli qızların cinsi zorakılıqdan qorunması üçün qanunvericiliyə dəyişiklik olunmasını təklif edib.

“Report”un məlumatına görə, o, parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib ki, bu gün dünyada 700 milyondan artıq əlilliyi olan qadın və qız mövcuddur:

“Qadınlar arasında əlillik 19-20% təşkil edir. Qadınlar və qızlar daha çox fiziki və məişət zorakılığına məruz qalırlar. Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zorakılığa məruz qalır.

Ona görə də əlavə olaraq fiziki imkanları məhdud olan qadınların və qızların məişət zorakılığından qorunması ilə bağlı “Məişət zorakılığı haqqında” qanunun 16-cı maddəsinə yeni maddə əlavə edək. Çünki qadınların və qızların məişət zorakılığından qorunması istiqamətində dünya səviyyəsində hüquq kifayət etmir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir