Müsahibə

Aleksandr Qavrutenko: “Rusiyanın geri çəkilməsi yalnız qaçmaq şəklində olacaq” – Kiyevdən MÜSAHİBƏ

Sharing is caring!

Ukrayna Silahlı Qüvvələri şərq istiqamətində əks-hücum əməliyyatına hazırlaşır. Bu müddət ərzində isə Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnovun bu yaxınlarda bildirdiyi kimi, Ukrayna SQ Donetsk və Luqanskı yazın sonuna qədər öz nəzarətinə qaytaracaq. Onun sözlərinə görə, Ukraynanın tərəfdaş ölkələri artıq həm müdafiə, həm də hücum texnikasını ötürür. Buna görə də Ukrayna ordusunun ölkənin şərqində əks-hücumunu iyunun sonu – iyulun əvvəlində gözləmək lazımdır.

Ukrayna ordusu əks-hücuma başlayandan sonra müharibədə Ukraynanın xeyrinə dönüş yaranacağını deyə bilərikmi? Oxu.Az bu barədə ukraynalı ictimai-siyasi xadim, iqtisadçı, eyni zamanda hərbi təhsili və təcrübəsi olan Aleksandr Qavrutenko ilə söhbət edir:

– Kremlin təşkil etdiyi bütün hərbi kampaniya kontekstində əks-hücum dedikdə onlar çox vaxt Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bütün sektorunda, bütün işğal olunmuş ərazilərdə eyni intensiv və hərtərəfli fəaliyyətini nəzərdə tuturlar. Ancaq bu formada, əlbəttə ki, qeyri-mümkündür və heç vaxt həyata keçirilməyəcək, çünki hazırda Rusiya Federasiyasının qoşunları tərəfindən tutulan ərazilər müqavimətsiz, qüvvətli eşelonlaşdırılmış müdafiə xəttini keçmədən işğal edilib.

İndi isə vəziyyət dəyişib və şərait müharibənin ilk günlərindən əsaslı şəkildə fərqlənir: 100-200 km döyüşmədən ölkənin dərinliklərində onlarla istiqamətə yürüş edilirdi. Nə Belarus, nə də ölkəmizin şimalında cəmləşmiş Rusiya qoşunları belə bir tryuku təkrarlaya bilməzlər. Təəssüf ki, biz də torpaqları bir o qədər asanlıqla azad edə bilməyəcəyik. İndi hər bir yaşayış məntəqəsi, cəbhənin hər bir bölməsi – real və potensialdır; Lutskdan Odessaya qədər – torpaqlarımız ağır itkilərlə qoparılacaq. Amma bəzi aktiv bölgələrdə Ukrayna ordusu uzun müddətdir ki, hücum əməliyyatları aparır.

Müharibədə dönüş nöqtəsi ya kiminsə müdafiəsinin tam tükənməsi, ya da qoşunların komandanlığının tamamilə ruhdan düşməsi (hansı ki, geri çəkilmək əmri verər) ola bilər. Ukrayna tərəfində bu cür tükənmə Qərbin yardımının və bütün dünyanın mənəvi dəstəyinin dayandırılması ilə bağlı ola bilər ki, bu, mümkün görünmür. Rusiya tərəfindən bu, daha realdır; sanksiyalar öz təsirini göstərməyə başlayır, cəbhələrdə əldə olunan uğurlar o qədər də ürəkaçan deyil, cəmiyyət isə o qədər də həmrəy deyil. Əgər Ukrayna geri çəkiləcəksə, bu, daha rahat xətləri tutmaq üçün həyata keçirilə bilər, Rusiya üçün isə geri çəkilmə sırf qaçış formasında olacaq. Necə ki, Kiyev yaxınlığında və ölkənin şimalında müşahidə etdik.

– Rusiyada insanlar nüvə silahından istifadənin mümkünlüyündən tez-tez danışırlar. Bu nə dərəcədə mümkün ehtimaldır?

– Əgər Ukraynadakı müharibəni Rusiyanın bütün sivil dünyaya geosiyasi iddialarının nümayişi kimi yox, Ukraynadakı müharibə kimi qiymətləndirsək, mümkündür. Burada, əlbəttə ki, cəbhədəki mümkün uğursuzluqlar təhdidlər və ya hətta nüvə silahının istifadəsi ilə kompensasiya edilə bilər. Burada ən vacibi – Putin rejiminə bununla dünyanı şantaj edə biləcəyinə, yaxud özü üçün müəyyən müsbət nəticələr əldə edə biləcəyinə inanmağa heç bir əsas verməməkdir. Yalnız daha çox müqavimət, daha çox təcrid, daha çox cavab.

– Bəs müxtəlif formalarda müharibə nə qədər davam edə bilər? Qarabağ münaqişəsi 30 ilə yaxın davam etdi və nəticədə Azərbaycanın qələbəsi ilə başa çatdı. Belə uzunmüddətli ssenari mümkündürmü?

– Belə görünür ki, Rusiya ilə bağlı dünyada müəyyən konsensus var. Problem tez və yaranma səviyyəsində (mən Rusiyanın siyasi rəhbərliyini nəzərdə tuturam) həllini tapacaq. Əvvəlcə Ukraynada Rusiya ordusunu hərbi məğlubiyyətə uğratmaqla, sonra ölkəni tamamilə beynəlxalq, siyasi, iqtisadi və mədəni təcrid etməklə. Bu yanaşma ilə ya Rusiya imperiya iştahasını azaldıb beynəlxalq hüquqa hörmətlə yanaşacaq, ya da çox uzun müddət hamı üçün yalquzağa dönəcək və daimi təhlükə olaraq qalacaq, bunun da öhdəsindən gəlməyi öyrənəcəyik.

Nair Aliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir