Cəmiyyət

16 yaşlı qızla nikahsız yaşayan oğlan: “Sağlam qıza sevgi etirafı edə bilmirdim ki, məni qəbul etməz” – VİDEO

Sharing is caring!


Bir-birinə qoşulub qaçan və toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olan Ruslan və Yeganə cütlüyü Baku TV-yə danışıblar.

Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır.

Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər.

“Mənə uşaqlıqdan deyirdilər ki, ancaq özün kimi biri ilə evlənməlisən. Sağlam qıza sevgi etirafı edə bilmirdim ki, məni qəbul etməz. Nə evim, nə maşınım, nə də işim var. Yeganə sevgimə görə mənimlə gəlib”, – deyə o söyləyib.

Tanışlıq hekayələrindən bəhs edən Yeganə isə bildirib ki, Ruslanda əsas bəyəndiyi xüsusiyyət onun dürüstlüyüdür:

“Mənə yalan danışmamağı, dəyər verməyi xoşuma gəldi. Ruslan dedi ki, məhdudiyyətim var, məni istəməzsən. Dedim ki, məhdudiyyət insanın əqlində olur”.

Hazırda kirayədə qalan cütlük şəraitsiz vəziyyətdə yaşayırlar və köməyə ehtiyacları olduğunu bildiriblər.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir