Cəmiyyət

Ramanada yolları su basdı: Sakinlər nazik cığırın ümidinə qalıblar – VİDEO

Sharing is caring!


Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin daxili yollarını su basıb.

Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Ramana sakini bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, problemi həll edən yoxdur.

“Yolu o dərəcədə su basıb ki, evə getmək üçün nazik cığırın ümidinə qalmışıq”, – deyə sakin bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurumun Ramanada infrastrukturu yoxdur, yəni onların məsuliyyətində deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar NəcəfliOxu.Az-a açıqlamasında məsələnin təmsil etdiyi quruma aidiyyətinin olmadığını qeyd edib.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir