Cəmiyyət

Zaur Rzayev: “O Zaurlardan təzminat alacağam”

Sharing is caring!


“Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara verməmişəm ki, mahnıma oynayın. İndi isə hindsayağı mahnılar oxunur”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev televiziya verilişlərindən birinin efirində deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin “Sizə adıma görə nə qədər təzminat ödəyəcəyəm” sualına belə cavab verib:

“Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan təzminat alacağam. Bu ad 1970-ci illərdən məndən gəlib. Azərbaycanda mən yaşda Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddin çəkilib filmə? Yəqin rejissorun başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adım filmdə qalıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir