Cəmiyyət

Ukraynalı qadın Bakıda dələduzların toruna necə düşdü? – TƏFƏRRÜAT + VİDEO

Sharing is caring!


Övladının müalicəsi üçün Bakıya gələn qadın iki gün hava limanında gecələməli olub.

Xezerxeber.az-ın məlumatın görə, söhbət Ukrayna vətəndaşı 31 yaşlı Yelena Prudkoqlyadan gedir.

Yeddi yaşlı övladının xərçəng xəstəliyindən əziyyət çəkdiyini deyən Yelena iddia edir ki, o Bakıya sinif yoldaşının dəvəti ilə gəlib.

Sosial şəbəkələrin birində övladının xəstəliyi ilə bağlı post paylaşdığını iddia edən Yelena deyir ki, sinif yoldaşı Anya ona vəd verir ki, Bakıda onun övladını müalicə etdirəcək.

Beləliklə, çarəsiz qadın əlində-ovcunda olanları sinif yoldaşına göndərir. Bundan sonra isə Bakıya üz tutur.

Yelena Prudkoqlyad baş vermiş hadisə ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

Köməksiz vəziyyətdə qalan Yelena isə övladı ilə birlikdə Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir