Cəmiyyət

AYNA: “Azərbaycanda fərqlənmə nişanı alanlardan toplanan vergilər 52% artıb”

Sharing is caring!


2023-cü ildə Azərbaycanda “Fərqlənmə nişanı” alaraq yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövlət büdcəsinə 5 milyon 917 min 867,18 manat vergi ödəyiblər.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 2 milyon 024 min 678,45 manat və ya 52% çoxdur.

Hesabat dövründə sürücülərə verilən “Fərqlənmə nişanları”nın sayı 30 min 410 ədəd və ya 20% artırılaraq 180 min 999 ədəd təşkil edib.

İl ərzində onlayn verilən fərqlənmə nişanlarının xüsusi çəkisi 67,88% olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir