Cəmiyyət

Hacıqabulda yük maşınları toqquşub: Ölən var – FOTO

Sharing is caring!


Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Ateko” markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə “Ateko”nun sürücüsü hadisə yerində ölüb. “KamAZ” markalı avtomobilin sürücüsü yüngül yaralanıb. Hadisə zamanı “KamAZ” markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir