Cəmiyyət

Binəqədi-Novxanı yolunda BMW piyadanı vurub

Sharing is caring!


Binəqədi-Novxanı yolunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, bu gun saat 14:00 radələrində Binəqədi-Novxanı yolunda BMW markalı avtomobilin piyadanı vurması ilə bağlı məlumat daxil olub. Hadisə zamanı ağır xəsarət alan şəxs patrul avtomobili ilə dərhal yaxınlıqda yerləşən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir