İdman

FIFA-2026 Dünya Kubokunun finalının keçiriləcəyi yer açıqlandı

Sharing is caring!


2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu ABŞ-nin Texas ştatında, Dallasda yerləşən stadionda keçiriləcək.

Oyun Milli Futbol Liqasının (NFL) “Dallas Cowboys” klubunun “AT&T Stadium” ev stadionunda, baş tutacaq. Arenanın maksimal tutumu 105 min tamaşaçıdır. Stadion 2009-cu ildə istifadəyə verilib və 1,3 milyard dollar dəyərində qiymətləndirilir.

Qeyd olunur ki, Dallasdakı stadion Dünya Kubokunun finalına ev sahibliyi etmək hüququ uğrunda yarışda Nyu-Cersidəki arenanı – NFL klubları “New York Giants” və “New York Jets”in oyunlarının keçirdiyi “MetLife Stadium”u qabaqlayıb.

2026-cı il Dünya Çempionatı ABŞ, Kanada və Meksika ərazisində keçiriləcək. Final iyulun 19-da baş tutacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir