Dünya

“Barselona” və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

Sharing is caring!


İspaniyanın “Barselona” klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxacaq. 

Proses Bakı vaxtı ilə fevralın 5-də saat 13:00-da başlanacaq. 

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər. 

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir. 

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb. 

Mənbə: sport24.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir