AKTUAL

Daha bir beynəlxalq təşkilat Ermənistanın Bərdəyə qadağan olunmuş raket atdığını təsdiqlədi

Sharing is caring!

“Human Rights Watch” Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.

 

Xəbəral.az xəbər verir ki, təşkilat bu barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü  atıb və ya atılmasını təmin edib.

 

“Hücumda ən az 21 mülki şəxsin öldüyü və ən az 70 nəfərin yaralandığı bildirilir.

 

“Human Rights Watch” kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib”, – açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir