Cəmiyyət

Ötən il teleradio yayımı həyata keçirən doqquz şirkətin lisenziyası ləğv edilib

Sharing is caring!


Ötən il teleradio yayımı həyata keçirən doqquz şirkətin lisenziyası ləğv edilib.

Bu barədə Audiovizual Şuranın 2023-cü ilin yekunlarına həsr olunmuş hesabatında bildirilib.

Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesini həyata keçirib. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə “Caspium Group” MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, “Media Art” şirkətinə, “Metronet” MMC-yə, “Albax TV” MMC-yə, “Şam” MMC-yə, “Real Telecom” MMC-yə, “RA Technologies” MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə “İzone” MMC-yə və “Startelekom” MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurasının verdiyi lisenziyalar ləğv edilib.

Ümumilikdə doqquz hüquqi şəxsin lisenziyası ləğv edilib.

Bununla da hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir:

11 ümumölkə yerüstü televiziya redaksiyası;

10 regional yerüstü televiziya redaksiyası (bundan biri Naxçıvan MR-da);

16 ümumölkə yerüstü radio redaksiyası;

4 regional yerüstü radio redaksiyası (bundan biri Naxçıvan MR-da);

10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan səkkizi həm də regional yerüstü televiziya redaksiyasıdır);

16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası;

2 sifarişli yayım xidməti provayderi;

42 universal platforma operatoru;

8 sadə platforma operatoru;

2 multipleks operatoru.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir