Dünya

Ukraynaya məxsus PUA Rusiyanın neft anbarına hücum edib – VİDEO

Sharing is caring!


Rusiya Müdafiə Nazirliyinin elektron müharibə texnikası Ukrayna silahlı qüvvələrinə məxsus PUA-nı Bryansk vilayətində sıradan çıxarıb, aparat məhv edilərkən neft anbarına döyüş sursatı atıb və yanğın baş verib.

“Ukraynanın Klintsı ərazisindəki obyektlərə hücum cəhdi olub”.

Bu barədə regionun qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında xəbər yayıb.

Rayon rəhbəri öz paylaşımında bildirib ki, Klintsov neft bazasının ərazisinə sursat düşməsi hava hədəfinin məhv edilməsi zamanı baş verib. Hücumun nəticələrinin aradan qaldırılmasına 13 yanğınsöndürən maşın cəlb olunub və Fövqəladə Hallar Nazirliyi işləyir.

Moskva Dəmir Yollarının “Telegram” kanalı xəbər verir ki, çənləri söndürməyə kömək etmək üçün içərisində 120 ton su və beş ton köpükləndirici maddə olan yanğınsöndürən qatar gəlib. Yanğın vəziyyəti qatarların hərəkətinə təsir göstərmir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir