Dünya

Ən çox nifrət edilən futbolçuların adları açıqlanıb

Sharing is caring!


Nüfuzlu “FourFourTwo” nəşri futbolda ən çox nifrət edilən insanların reytinqini dərc edib.

Reytinqə “Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Coui Barton başçılıq edir. Məqalədə onun həm meydanda, həm də meydandan kənarda çoxsaylı zorakılıq hərəkəti etdiyi bildirilib. İkinci yerdə FIFA-nın keçmiş prezidenti Yozef Blatterdir, onun rəhbərliyi altında təşkilatda ən böyük korrupsiya qalmaqalı yaşanıb. İlk üçlüyü Almaniya millisinin sabiq qapıçısı Harald Şumaxer tamamlayıb.

Qeyd edək ki, ilk 10-luğa, həmçinin Kriştianu Ronaldu (7), Luis Suares (8) və “Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo (10) daxil olublar.

“FourFourTwo”ya görə futbolda ən çox nifrət edilən 10 insanı təqdim edirik:

1. Coui Barton;

2. Yozef Blatter;

3. Harald Şumaxer;

4. Mişel Platini;

5. Əl-Hacı Diouf;

6. Con Terri;

7. Kriştianu Ronaldu;

8. Luis Suares;

9. Pit Vinkelman;

10. Joze Mourinyo.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir