Cəmiyyət

Azərbaycanda məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildilər – VİDEO

Sharing is caring!


Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.

Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.

Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. 

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub. 

Yanğın hadisəsi qeydə alınmayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir