Şou-Biznes

“Ata ocağı”nın aktyoru: “Çox içən olmuşam” – VİDEO

Sharing is caring!

"Çox içən olmuşam. Peşə məktəbində oxuyurdum, yataqxanada qalırdım. Elə də pulumuz yox idi. Dostlarla daha çox içirdik. Bu da 27 il əvvələ kimi davam etdi".

Lent.az xəbər verir ki, bu sözləri "Ata ocağı" serialının baş rol ifaçısı, Xalq artisti Qurban İsmayılov "Düzünə qalsa…" verilişində qonaq olarkən deyib. O, tələbəlik illərindən, keçirdiyi infarktdan söhbət açıb:

"Universitet vaxtı eşidirdik ki, böyük aktyorlar içən olur. Axı bizim də böyük aktyorlarımız içirdi. Düşünürdük ki, içəndə daha böyük aktyor olmaq olar. İçib sənətdən danışırdıq. Amma müəyyən müddət keçir ki, bədən dözmür. Az qala həyatla vidalaşırdım, üstümə təcili tibbi yardım gəldi, məni təzədən həyata qaytardılar. Bu, mənim 3-cü həyata gəlişim sayılır. Ötən il infarkt keçirtdim, açıq ürək əməliyyatı olundum".

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir